Türkiye Rusya'ya yerini gösterdi

Türkiye sınırını ihlal eden Rusya'nın Su-24 uçağının Türkiye'nin F-16 qırıcısı tarafından vurulması Azerbaycan'da da tartışılması dönüşmüştür. Resmi Bakü'nün bu konuda Rusya'nın, yoksa Türkiye'nin yanında olduğunu söylemek zor. Ama bu konuyla ilgili sosyal ağlarda yapılan tartışmalardan şöyle bir sonuca varabiliriz, Azerbaycanlıların büyük çoğunluğu Türkiye'nin bu adımını ağırlıyor. Her ne kadar birkaç tanınmışlarımız olayla ilgili Türkiye'nin Rusya'dan özür dilemesi fikrini attılar. Bu onların öznel görüşleridir. Ama onu da belirtelim ki, bu fikrin yazarları rusiyaperest kuvvetler de değillerdi. Sadece, diğerlerinden farklı bir fikir seslendirdiler. Ama çoğu onları buna göre kınadı. Azerbaycan'daki rusiyaperest güçlerin ise nedense sesleri bile çıkmadı. Bu olayla ilgili Rusya'nın tarafını tutan birkaç kişi olabilir, onlar da kolaylıkla susdurulur. Türkiye'nin sevincinin, kederinin Azerbaycan'ın sevinci, üzüntüsü olduğu bilinmektedir ...

Bundan sonra Rusya-Türkiye ilişkilerinin hangi istikamette cereyan edebileceğini şimdiden söyleyemeyiz. Düzdür, Moskova bu olaydan şoke oldu. Türkiye'den intikam alacağını da düşünüyoruz. Çünkü Putin asla böyle olayları bağışlamır. Bakın, Rusya artık kendi vatandaşlarına Türkiye'ye gitmemek uyarısında bulundu. Artık bu çağırışdan sonra Türkiye'ye giden Rusların sayısı önemli ölçüde azaldı. Rusya Dışişleri Bakanı Lavrov bunu Türkiye'de her an muhtemel terörle elaqelendirib. Bu da demek oluyor ki, Rusya'nın Türkiye'den alabilecek qisasdan biri de kardeş ülkede terör düzenlemelerini teşkil edeceğidir. Bu nedenle vatandaşlarının orada olmamasını yararınadır. Tabii ki, bu konuda Kremlin PKK gücünden istifade edecek. Zaten PKK'nın Rusya'dan destek aldığı çoxdanın olgusudur.

İkincisi, Devlet Dumasında sözde Ermeni soykırımının tanınması meselesinin gündeme getirilmesi olacaktır. Artık Rusya "Adil Rusya" Partisi "Ermeni soykırımı" nın inkarına göre cinayet sorumluluğunu öngören tasarıyı Devlet Dumasına sundu. Büyük olasılıkla, Rusya liberal demokratlarının rehberi antitürk pozisyonundan çıkış edın Jirinovski tarafından da bu projeye destek gelsin. Türkiye'nin Rusya'daki Büyükelçiliği'ne saldırının öyle Jirinovski tarafından düzenlenmesi kuşkusuzdur.

Bu olaydan sonra Rusya'nın Türkiye sınırına yakın S-400 uçaksavar-füze kompleksini yerləşdirəcəyi de bir sonraki tehlikenin baş verebileceğinden haber verir. Ayrıca, büyük olasılıkla, Rusya türkmanlara karşı saldırılarını şiddətləndirsin. Türkmanların tehlikede kalması Türkiye'nin rahatsızlığına neden olan amillerdendir.

Yerel politoloqlarımızın çoğu bu olayın Türkiye-Rusya savaşının başlayabilecek anlamındadırlar. Ama zor inanılacak bir proqnozdur. Çünkü, Türkiye Rusya için ne Ukraynadır, ne Suriye. Rusya'nın NATO üyesi olan Türkiye ile savaş yapmak istemesi saçmalık başka bir şey olamaz. Eğer Kremlin bu fikre düşerse, o zor anlar yaşayabilecek. Bu zaman Putin'e hiç Kolektif Güvenlik Antlaşması Örgütü de destek durmayacak. Rusya bu konuda sadece İran destek olabilir. O da gizlice ...

Türkiye'nin Suriye konusunda tutumu NATO üyesi devletler tarafından dəstəkləndiyindən Kremlin Ankara ile açık mücadeleye katılmak gücünde olmayacak. Daha doğrusu, bu cesareti yetmeyecektir ...

Azerbaycan'da bazı rusiyaperest güçlerin atılıp düşmesine rağmen, Türkiye'nin yanındayız ...

---------------------------------------------------------------------------------------------------------------------------------

Türkiyə Rusiyaya yerini göstərdi

Türkiyə sərhədini pozan Rusiyanın SU-24 təyyarəsinin Türkiyənin F-16 qırıcısı tərəfindən vurulması Azərbaycanda da müzakirə obyektinə çevrilib. Rəsmi Bakının bu məsələdə Rusiyanın, yoxsa Türkiyənin yanında olduğunu demək çətindir. Amma bu mövzu ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdən belə bir nəticəyə gəlmək olar ki, azərbaycanlıların böyük əksəriyyəti Türkiyənin bu addımını alqışlayır. Baxmayaraq ki, bir neçə tanınmışlarımız hadisəylə bağlı Türkiyənin Rusiyadan üzr istəməsi fikrini səsləndiriblər. Bu onların subyektiv fikirləridir. Amma onu da bildirim ki, bu fikrin müəllifləri Rusiyapərəst qüvvələr də deyillər. Sadəcə, digərlərindən fərqli bir fikir səsləndirdilər. Amma çoxu onları buna görə qınadı. Azərbaycandakı Rusiyapərəst qüvvələrin isə nədənsə səsləri belə çıxmadı. Bu olayla bağlı Rusiyanın tərəfini tutan bir neçə şəxs ola bilər ki, onlar da asanlıqla susdurulur. Türkiyənin sevincinin, kədərinin Azərbaycanın sevinci, kədəri olduğu məlumdur...

Bundan sonra Rusiya-Türkiyə münasibətlərinin hansı istiqamətdə cərəyan edə biləcəyini indidən söyləyə bilmərik. Düzdür, rəsmi Moskva bu hadisədən şoka düşüb. Türkiyədən qisas alacağını da düşünürük. Çünki Putin heç vaxt belə hadisələri bağışlamır. Baxın, Rusiya artıq öz vətəndaşlarına Türkiyəyə getməmək xəbərdarlığını verib. Artıq bu çağırışdan sonra Türkiyəyə gedən rusların sayı kəskin şəkildə azalıb. Rusiyanın xarici işlər naziri Lavrov bunu Türkiyədə hər an baş verə biləcək terrorla əlaqələndirib. Bu da o deməkdir ki, Rusiyanın Türkiyədən ala biləcək qisasdan biri də qardaş ölkədə terror aktlarını təşkil edəcəyidir. Ona görə də vətəndaşlarının orada olmamasını marağındadır. Təbii ki, bu məsələdə Kreml PKK gücündən istifadə edəcək. Onsuz da PKK-nın Rusiyadan dəstək aldığı çoxdanın faktıdır.

İkincisi, Dövlət Dumasında qondarma erməni soyqırımının tanınması məsələsinin gündəmə gətirilməsi olacaq. Artıq Rusiyanın “Ədalətli Rusiya” Partiyası “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib. Çox güman ki, Rusiya liberal demokratlarının rəhbəri antitürk mövqeyindən çıxış edın Jirinovski tərəfindən də bu layihəyə dəstək gəlsin. Türkiyənin Rusiyadakı səfirliyinə hücumun elə Jirinovski tərəfindən təşkil edilməsi şübhəsizdir.

Bu olaydan sonra Rusiyanın Türkiyə sərhədinə yaxın S-400 zenit-raket kompleksini yerləşdirəcəyi də növbəti təhlükənin baş verə biləcəyindən xəbər verir. Bundan başqa çox güman ki, Rusiya türkmanlara qarşı hücumlarını şiddətləndirsin. Türkmanların təhlükədə qalması Türkiyənin narahatlığına səbəb olan amillərdəndir.

Yerli politoloqlarımızın çoxu bu olayın Türkiyə-Rusiya müharibəsinin başlaya biləcək anlamındadırlar. Amma çətin inanılası bir proqnozdur. Çünki, Türkiyə Rusiya üçün nə Ukraynadır, nə Suriya. Rusiyanın NATO-nun üzvü olan Türkiyə ilə müharibə etmək istəməsi ağılsızlıqdan başqa bir şey ola bilməz. Əgər Kreml bu fikrə düşərsə, o çətin anlar yaşaya biləcək. Bu zaman Putinə heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da dəstək durmayacaq. Rusiyaya bu məsələdə yalnız İran dəstək ola bilər. O da gizlincə...

Türkiyənin Suriya məsələsində tutduğu mövqe NATO üzv dövlətlər tərəfindən dəstəkləndiyindən Kreml Ankara ilə açıq mübarizəyə qoşulmaq gücündə olmayacaq. Daha doğrusu, buna cəsarəti çatmayacaq...

Azərbaycanda bəzi Rusiyapərəst qüvvələrin atılıb-düşməsinə baxmayaraq, Türkiyənin yanındayıq...

YORUM EKLE