Türk Dünyasının birliğine hizmet etmeliyik

Avrasiya Haber Ajansının (avrasiya.net) yaranmasında esas meqsed bütün Türk dünyasının birliyini möhkemledirecek missiyanı öz üzerine götürmekdir. Yaranan günden Türk dünyasının birliyi, hemreyliyi namine tarixi araşdırmalar, tehlil, analitik yazı ve melumatlar vermekle yanaşı, Türk dünyası ehalisi arasında maariflendirici bir missiya yerine yetirmekdedir. Sayt dünyada baş veren hadiselerle birlikde, Azerbaycan ve bütün Türk dünyasının heqiqetlerini dünyaya yayır. Daha çox Ermenistanın işğalçı siyasetini beynelxalq ictimaiyyetin diqqetine çatdırır. Ancaq bu yolu heç de asanlıqla getmedik. Her gün 24 saat yenilenen Avrasiya.net, 2012-ci ilin aprelinde, yaranan günden müxteif tezyiqlerle üzleşdi. Sayta haker hücumları başlandı, saytın rehberinin email ünvanına ölüm tehdidleri edildi. Bizi bu yoldan çekindirmeye cehdler olundu, amma müxtelif tekliflere, hedelerer baxmadan Avrasiya.net qarşısına qoyduğu missiyanı davam etdirmekdedir. Çünki onun bu missiyası dünya Türklerinin birleşmesinden, möhkemlenmesinden, hemreyliyinden keçir. Bu missiyanı yerine yetirmek her bir Türkün şerefi, müqeddes borcu sayılmalıdır. Saytımızda bütün Türk dünyasını ehate eden, onların milli maraqlarını qoruyan materiallar derc edilmekdedir. Avrasiya.net-le birge bizim Bakunews internet televiziyamız (www.bakunews.tv) ve Azerbaycan Demokratik İslahatların İnkişafı Merkezimiz (ADİİM) de fealiyyetdedir. Bu qurumların yalnız bir meqsedi var – Türk dünyasına hizmet etmek. Her bir qurumumuz ayrı-ayrılıqda yerli ve beynelxalq tedbirlere qatılıb, mükafatlara layiq görülüb. Şünki bizim yolumuz Türk xalqları, dövletlerinin birliyinden keçir.

“Divanı-Lüğeti-t Türk”de deyilir: “Tanrının dövlet güneşini Türk bürclerinden yaratmış olduğunu ve Türklerin ölkesi üzerinde göylerin bütün dairlerinin dövr etdiyini gördüm. Tanrı onlara Türk adını verdi ve yer üzüne hakim qoydu. Cahan hökmdarları Türk irqinden dünyaya geldi. Dünya milletlerinin ixtiyarı Türklere verildi. Türkler Tanrı terefinden bütün tayfalardan üstün sayıldı. Türkler himayesine aldıkları milletleri pisliklerden korudular. Cihan sultanı olan Türklere her kes möhtacdır, onlara derdini demek, onlardan medeniyeti öyrenmek ve bütün bunlara nail olmaq üçün Türk dilini benimsemek lazımdır. İslam Peygamberi oğuz Türklerinin teşekkül tapaçağını ve Türk dilini öyrenin, çünki onlar üçün uzun müddet davam edecek selteneti vardır buyurmuşdur”.

Türk dünyasının yer üzüne hakimliyini niye berpa etmeyek ki? Bu bu günün söhbeti deyil, qoca tarixin bize diktesidir. Dünyanın dörd bir yerinde yaşayan, özünü esil Türk adlandıarn her bir kes tutduğu vezifede asılı olmayaraq Türk dünyasının, milletinin birliyine, bütövlüyüne çalışmalı, onun parçalanmasına yol vermemeli, düşmenleri ile mübarizeden çekinmemelidir. Bu gün internet esridir, biz media nümayendeleri Türkün düşmenleri ile media, informasiya müharibesine qoşulmuşuq. Etiraf edek ki, bu müharibe meydanında Türkiye-Azerbaycan birliyi düşmenleriyle tek mübarize aparmaqdadır. Düşmen çox güclüdür, burada xristian hemreyliyi nümayiş olunmaqdadır, Türk dünyasına qarşı bütün beynelxalq seviyyede ikili standartlar mövcuddur. Türk birliyinin güclenmesi bu gün qloballaşan, siyasi proseslerin bu ve ya diger formada cereyan eden dünyada ne Qerbe, ne de qonşularımızın maraqlarına cavab verir. Bu gün bizim silahımız söz olmalıdır. Silahmızı ermeni işğalşılığına qarş, terrorşuluğa qarşı, Türkün ebedi düşmenlerine qarşı çevirmeliyik. Avrasiya.net yalnız bu yolla irelileyir. Bizim diger niyyetimizden biri de qardaş Türkiye internet mediası ile emekdaşlıq etmek, informasiya mübadilesi aparmaq, bu sahede bilik ve tecrübelerimizi bölüşmek, Türk mediası birliyini de dünyaya inteqrasiya etmekdir. Türk mediası birliyi Türk dünyasının birliyine geden yollardan biridir.
Biz media mensubları Türk dünyasının dilde, fikirde, emelde birliyinin temin edilmesi zeruretini dile getiren İsmayıl Bey Qaspiralı ideyalarının gerçekleşmesi üçün Türksoylu cumhuriyyetler arasında elmi, medeni, siyasi ve iqtisadi elaqelerin inkişaf etdiyi bir dövrde bu ideyaların gerçekleşdirilmesi üçün olduqca elverişli şeraitden lazımınca yararlanmalıyıq.

Keşmiş Sovetler Birliyinin dağılmasından sonra İttifaqın terkibinden çıxan respublikalar ayrı-ayrı müsteqil dövlet olaraq dünya elminde, siyasetinde öz yerini aldı. Müsteqilliye yenice qovuşan respublikalar tehsilde, elmde, incesenetde, iqtisadiyyatda, idmanda, mediada, bir sözle, heyatın bütün sahelerinde ümumdünya proseslere inteqrasiya etmeye başladılar. Bu prosesler Türkdilli xalqlar üçün yeni imkanların ve elaqelerin yaranmasına sebeb oldu.
Teessüfler ki, bu elaqelerden lazımınca yararlanmırıq. Qarşımızda çetin ve üzerimize düşen tarixi mesuliyyet var. Bu mesuliyyeti derk etmeliyik. Media mensubu olaraq Türk xalqları arasında ortaq ünsiyyet dilinin, Ortaq Türk dilinin formalaşdırılması meselelerini ictimaileşdirmeliyik. Türk xalqları arasında iqtisadi, medeni ve siyasi elaqeler günden güne daha da yüksek seviyyeye çatır. Bunu media sahesine de getirmeliyik. Dünya xalqlarının qloballaşan mühitde süretle inteqrasiya etmesi ve informasiya mekanının genişlenmesi şeraitinde Türk xalqlarının, mediasının vahid dilde ünsiyyet quracaqları ile bağlı meseleni de aktuallaşdırmalıyıq.
Maraqlıdır, internet istifadeçilerinin ekseriyyeti ingilis, alman, fransız, italyan, Türk, rus dillerinde bir-birlerine melumat ötürürler. Eyni milletden olan insanlar öz dilleri vasitesi ile melumat elde etdiyi halda, ferqli milletlerden olan insanlar bir-birileri ile ünsiyyetlerini ingilis dili vasitesi ile qururlar.

Media nümayende qruplarının ölkelerimize seferlerini teşkil etmekle işi bitmiş hesab etmek olmaz.
Avrasiya.net Türkiye mediasında, internet resurslarında derc edilen ve Türk dünyasının milli maraqlarına cavab veren meqaleleri, tehlil yazı ve araşrdırmalarını azeri Türkcesine çevirmeden verir.

Meqsedimiz Türk dünyasındakı media elaqeleri qarşlıqlı inkişaf etdirilmeli ve daha da genişlendirmekdir.
Yaddan çıxarmamalıyıq ki, Türk xalqları arasında ünsiyyeti güclendirecek ve inkişaf etdirecek bir başqa vasite ise internetdir. Türk dövletlerinin media qurumları bunu nezere almalıdır.

Cavid Şahverdiyev
Avrasiya.net, Bakunews.tv ve ADİİM rehberi


www.avrasiya.net



************************************************************

Türk dünyasının birliyinə xidmət etməliyik

Avrasiya Haber Ajansının (avrasiya.net) yaranmasında əsas məqsəd bütün Türk dünyasının birliyini möhkəmlədirəcək missiyanı öz üzərinə götürməkdir. Yaranan gündən Türk dünyasının birliyi, həmrəyliyi naminə tarixi araşdırmalar, təhlil, analitik yazı və məlumatlar verməklə yanaşı, Türk dünyası əhalisi arasında maarifləndirici bir missiya yerinə yetirməkdədir. Sayt dünyada baş verən hadisələrlə birlikdə, Azərbaycan və bütün türk dünyasının həqiqətlərini dünyaya yayır. Daha çox Ermənistanın işğalçı siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Ancaq bu yolu heç də asanlıqla getmədik. Hər gün 24 saat yenilənən Avrasiya.net, 2012-ci ilin aprelində, yaranan gündən müxtəif təzyiqlərlə üzləşdi. Sayta haker hücumları başlandı, saytın rəhbərinin email ünvanına ölüm təhdidləri edildi. Bizi bu yoldan çəkindirməyə cəhdlər olundu, amma müxtəlif təkliflərə, hədələrər baxmadan Avrasiya.net qarşısına qoyduğu missiyanı davam etdirməkdədir. Çünki onun bu missiyası dünya türklərinin birləşməsindən, möhkəmlənməsindən, həmrəyliyindən keçir. Bu missiyanı yerinə yetirmək hər bir türkün şərəfi, müqəddəs borcu sayılmalıdır. Saytımızda bütün türk dünyasını əhatə edən, onların milli maraqlarını qoruyan materiallar dərc edilməkdədir. Avrasiya.net-lə birgə bizim Bakunews internet televiziyamız (www.bakunews.tv) və Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzimiz (ADİİM) də fəaliyyətdədir. Bu qurumların yalnız bir məqsədi var – Türk dünyasına xidmət etmək. Hər bir qurumumuz ayrı-ayrılıqda yerli və beynəlxalq tədbirlərə qatılıb, mükafatlara layiq görülüb. Şünki bizim yolumuz Türk xalqları, dövlətlərinin birliyindən keçir.

“Divanı-Lüğəti-t Türk”də deyilir: “Tanrının dövlət günəşini Türk bürclərindən yaratmış olduğunu və Türklərin ölkəsi üzərində göylərin bütün dairlərinin dövr etdiyini gördüm. Tanrı onlara Türk adını verdi və yer üzünə hakim qoydu. Cahan hökmdarları Türk irqindən dünyaya gəldi. Dünya millətlərinin ixtiyarı Türklərə verildi. Türklər Tanrı tərəfindən bütün tayfalardan üstün sayıldı. Türklər himayəsinə aldıqları millətləri pisliklərdən qorudular. Cahan sultanı olan Türklərə hər kəs möhtacdır, onlara dərdini demək, onlardan mədəniyyəti öyrənmək və bütün bunlara nail olmaq üçün Türk dilini mənimsəmək lazımdır. İslam Peyğəmbəri oğuz türklərinin təşəkkül tapaçağını və Türk dilini öyrənin, çünki onlar üçün uzun müddət davam edəcək səltənəti vardır buyurmuşdur”.

Türk dünyasının yer üzünə hakimliyini niyə bərpa etməyək ki? Bu bu günün söhbəti deyil, qoca tarixin bizə diktəsidir. Dünyanın dörd bir yerində yaşayan, özünü əsil türk adlandıarn hər bir kəs tutduğu vəzifədə asılı olmayaraq türk dünyasının, millətinin birliyinə, bütövlüyünə çalışmalı, onun parçalanmasına yol verməməli, düşmənləri ilə mübarizədən çəkinməməlidir. Bu gün internet əsridir, biz media nümayəndələri türkün düşmənləri ilə media, informasiya müharibəsinə qoşulmuşuq. Etiraf edək ki, bu müharibə meydanında Türkiyə-Azərbaycan birliyi düşmənləriylə tək mübarizə aparmaqdadır. Düşmən çox güclüdür, burada xristian həmrəyliyi nümayiş olunmaqdadır, türk dünyasına qarşı bütün beynəlxalq səviyyədə ikili standartlar mövcuddur. Türk birliyinin güclənməsi bu gün qloballaşan, siyasi proseslərin bu və ya digər formada cərəyan edən dünyada nə Qərbə, nə də qonşularımızın maraqlarına cavab verir. Bu gün bizim silahımız söz olmalıdır. Silahmızı erməni işğalşılığına qarş, terrorşuluğa qarşı, türkün əbədi düşmənlərinə qarşı çevirməliyik. Avrasiya.net yalnız bu yolla irəliləyir. Bizim digər niyyətimizdən biri də qardaş Türkiyə internet mediası ilə əməkdaşlıq etmək, informasiya mübadiləsi aparmaq, bu sahədə bilik və təcrübələrimizi bölüşmək, türk mediası birliyini də dünyaya inteqrasiya etməkdir. Türk mediası birliyi türk dünyasının birliyinə gedən yollardan biridir.

Biz media mənsubları Türk dünyasının dildə, fikirdə, əməldə birliyinin təmin edilməsi zərurətini dilə gətirən İsmayıl Bəy Qaspiralı ideyalarının gerçəkləşməsi üçün türksoylu cumhuriyyətlər arasında elmi, mədəni, siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyi bir dövrdə bu ideyaların gerçəkləşdirilməsi üçün olduqca əlverişli şəraitdən lazımınca yararlanmalıyıq.

Keşmiş Sovetlər Birliyinin dağılmasından sonra İttifaqın tərkibindən çıxan respublikalar ayrı-ayrı müstəqil dövlət olaraq dünya elmində, siyasətində öz yerini aldı. Müstəqilliyə yenicə qovuşan respublikalar təhsildə, elmdə, incəsənətdə, iqtisadiyyatda, idmanda, mediada, bir sözlə, həyatın bütün sahələrində ümumdünya proseslərə inteqrasiya etməyə başladılar. Bu proseslər türkdilli xalqlar üçün yeni imkanların və əlaqələrin yaranmasına səbəb oldu.

Təəssüflər ki, bu əlaqələrdən lazımınca yararlanmırıq. Qarşımızda çətin və üzərimizə düşən tarixi məsuliyyət var. Bu məsuliyyəti dərk etməliyik. Media mənsubu olaraq türk xalqları arasında ortaq ünsiyyət dilinin, Ortaq Türk dilinin formalaşdırılması məsələlərini ictimailəşdirməliyik. Türk xalqları arasında iqtisadi, mədəni və siyasi əlaqələr gündən günə daha da yüksək səviyyəyə çatır. Bunu media sahəsinə də gətirməliyik. Dünya xalqlarının qloballaşan mühitdə sürətlə inteqrasiya etməsi və informasiya məkanının genişlənməsi şəraitində Türk xalqlarının, mediasının vahid dildə ünsiyyət quracaqları ilə bağlı məsələni də aktuallaşdırmalıyıq.

Maraqlıdır, internet istifadəçilərinin əksəriyyəti ingilis, alman, fransız, italyan, türk, rus dillərində bir-birlərinə məlumat ötürürlər. Eyni millətdən olan insanlar öz dilləri vasitəsi ilə məlumat əldə etdiyi halda, fərqli millətlərdən olan insanlar bir-biriləri ilə ünsiyyətlərini ingilis dili vasitəsi ilə qururlar.

Media nümayəndə qruplarının ölkələrimizə səfərlərini təşkil etməklə işi bitmiş hesab etmək olmaz.

Avrasiya.net Türkiyə mediasında, internet resurslarında dərc edilən və türk dünyasının milli maraqlarına cavab verən məqalələri, təhlil yazı və araşrdırmalarını azəri türkcəsinə çevirmədən verir.

Məqsədimiz Türk dünyasındakı media əlaqələri qarşlıqlı inkişaf etdirilməli və daha da genişləndirməkdir.

Yaddan çıxarmamalıyıq ki,türk xalqları arasında ünsiyyəti gücləndirəcək və inkişaf etdirəcək bir başqa vasitə isə internetdir. Türk dövlətlərinin media qurumları bunu nəzərə almalıdır.



Cavid Şahverdiyev

Avrasiya.net, Bakunews.tv və ADİİM rəhbəri



YORUM EKLE