Ölümlə hədələndim

PKK terrorçularının meyitlərinin fotolarını paylaşdığıma görə

Türkiyənin PKK terrorçularına qarşı apardığı əməliyyatlar Avropa ölkələrində birmənalı qarşlanmır. Düzdür, dünyanın hegemon dövlətlərinin bəziləri PKK-nı da terror təçkilatları siyahısına salıblar. Amma bu təşkilatın silahı yalnız türkiyəyə yönəldiyindən dünya ictimaiyyətini narahat etmir. Almaniyanın PKK-ya yardım etməsi bu günün söz mövzusu deyil. Xatırlayıram, ötən il 68 yaşında vəfat edən Türkiyənin məşhur araşdırmaçısı Aytunç Altındal “Haber Turk”ə verdiyi müsahibələrinin birində Turqut Özal və Necib Hablemitoğlu sui-qəsdini, II Dünya müharibəsindən indiyə qədər olmaq üzrə PKK-ya verilən hər dəstəyin Alman kəşfiyyatının bildiyini söyləmişdi. O müsahibəsində vurğulamışdı ki, PKK-ya açıq-aşkar dəstək verən də Almaniyadır. Türkiyədə olub, bitəni ən yaxşı bilən Almaniyanın xüsusi kəşfiyyat orqanlarıdır. Burada müxtəlif dövlətlərin kəşfiyyatı ola bilər, amma daha çox məlumat toplayan Almaniyadır. PKK-nın ən güclü olduğu yerin də Fransa və Almaniya olduğunu demişdi. Deməli, PKK Avropadan maliyyələşir və dəstəkləndiyindən bu terror təşkilatının qarşısını almaq heç bir dövlətin marağında deyil, Türkiyə və onun sadiq dostlarından başqa.

Bi r də PKK ilə ASALA terror təşkilatı arasında olan sız münasibətlər də dünya dövlətləri və birliklərinin qarşısını kəsib. Axı hər iki terror təşkilatının hədəfində Türkiyədir. Türkiyənin parçalanması və torpaqlarının bu iki terror təşkilatı arasında bölünməsini istəyən Qərb dövlətləri də var. Ona görə də rəsmi Ankaranın PKK-ya qarşı apardığı hərbi əməliyyatlar Avropa və ABŞ-ın narahatlığına səbəb olub. Amma üzdə terrorçuluğa qarşı mübarizədə öndə olduğunu bəyan etmələrinə baxmayaraq, zamanı gələndə PKK və ASALA-ya da gizli yardımlar etməkdədirlər.

Məlum 11 sentyabr hadisələrindən sonra ABŞ-ın xarici siyasəti dəyişdi. ABŞ başda olmaqla NATO qüvvələri terorçuluğla mübarizə adı altında Yaxın və Orta Şərqin məlum dövlətlərini dağıtdı, hakimiyyət çevrilişləri oldu, on minlərlə dinc əhali bu əməliyyatların qurbanına çevrildi. Əl-Qaidə liderinin öıldürülməsiylə Qərbin terrorçuluqla mübarizəsi sona çatacaqdı, İŞİD məsələsi ortaya çıxmasayıd. İndi ABŞ və onun müttəfiqləri İŞİD-ə qarşı birləşiblər. Çünki nə vaxtsa İŞİD-in onlar üçün də başağrısı ola biləcəyin düşünürlər. Halbuki PKK və ASALA on illərdir bütün türk dünyası üçün başağrıdır. Niyə bu terror təşkilatlarına qarşı dünya dövlətləri birləşmirlər...

Fikir verin, Ankaranın PKK-ya qarşı əməliyyatlar apardığı zaman ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Con Kerbi Türkiyənin PKK hücumlarına qarşı özünü müdafiə etmək haqqının olduğunu deyib. Avropanın isə Türkiyəyə “PKK-nı rahat burax, İŞİD-lə məşğul ol” deməsi terrorçu təşkilata dəstəyin bir nümunəsidir.

Təəssüflər olsun ki, Azərbaycanda da bəzi şəxslər Türkiyənin PKK-ya qarşı apardığı hərbi əməliyyatlar, PKK düşərgələrinin bombalanması nəticəsində onlarla terrorçunun öldürüldüyündən narahat olanlar tapılır. Təbii ki, Azərbaycan demokratik dövlətdir və bizdə söz, fikir, mətbuat azadlığı qorunduğundan hər kəs öz fikrini, düşüncəsini azad şəkildə ifadə edir. Kimi Türkiyəni ittihamlayır, kimi öz fikirləri ilə dolayısı yolla PKK-ya haqq qazandırır və s.

Son iki gündə mən də öz facebbok səhifəmdə rəsmi Ankaranın PKK düşərgələrinin bombalaması nəticəsində ölən terrorçuların meyitləri və tabutlarının fotolarını paylaşmağım böyük və geniş müzakirələrə səbəb oldu. Buna görə məni qınayanlar (içimizdən) və hətta ölümlə təhdid edənlər (kənardan) də tapıldı. Guya belə paylaşmalarımla xalqlar arasında nifaq salıram, millətləri üz-üzə qoyuram və s. Amma bu insanlar terrorçularla xalqın fərqini ayırd edə bilmirlər. PKK timsalında bütün kürd milləti nəzərdə tutulur. Bu belə deyil və olmamalıdır.

Qarsdan olan Ergün Baran adlı birisi məni ölümlə hədələyib, təhqirlər edib. Yerimi tapıb mənə cavab verəcəyini yazıb...

Bundan başqa
Avrasiya.net saytında "Qırmızı Kürdüstan"la bağlı verilən yazılarla bağlı saytın email ünvanına isə zebad@mail.ru-dan yazı daxil olan yazıda deyilir: "(əvvəlcə söyüşlər)... Biz Azərbaycanda "Qırmızı Kürdüstan"ı mütləq bərpa edəcəyik... Sənə məsləhət görürüəm ki, kürd millətini qaralama, təhqir etmə..."

Mediaya gəldiyim gündən kürd millətini aşağılayan hec nə yazmamışam, yazmaram da. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanda yaşayan kürdlər də şəhid olublar. Onlar da bizim qardaşlarımızdır, ermənilərin işğalcılıq siyasəti nəticəsində on minlərlə kürd doğma torpaqlarından indi də didərgindirlər. Mən sadəcə, Azərbaycan və Türkiyəyə qarşı, torpaqlarımızın bölünməsində maraqlı olan qüvvələri ifşa etmişəm və edəcəm də. Terrora qarşıyıq .Terror və terrorçuya, terroru dəstəkləyənə nifrət etməliyik. Amma bunu bütövlükdə xalqın, millətin ayağına yazmaq olmaz. Kürd xalqı ilə PKK-nı eyniləşdirmək olmaz. Türkiyənin özündə də türk dövlətini, millətini sevən kürdlərin olduğu şübhəsizdir. Türkiyə terrorçuları susdurmağa qadirdir. Onsuz da ona bu məsələdə kənardan dəstək olmayacaq. Azərbaycan da qardaşlarımızın yanındadır. Çünki biz də terrora məruz qalmışıq, bunun acısını çəkirik. Amma inanırıq ki, qardaşlığımız, birgə gücümüz qarşımızdakı bütün maneələri dəf edəcək....
YORUM EKLE