Azərbaycan'ın Türkiyəşüvənləri

Türkiye'nin bize kardeş devlet olduğu Azerbaycan'da hiç kimseye sır değil. Tüm konularda Türkiye, oradaki kardeşlerimiz her zaman yanımızdadır. Bunu zaman zaman fark ettik. Ama Azerbaycan'daki bazı güçler (bu sıraya STK yöneticileri, medya mensupları da dahil) bu kardeşlikten kendi kişisel çıkarları uğruna suiistimal ediyorlar. Bu beni hep düşündüren konulardan biri olmuştur. Çünkü değindiğim bu konuyla ilgili olayların çoğu gözümün önünde cereyan etti.
19 Kasım'da Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin bağımsızlığının sonraki yıldönümü törenine giderken öyle yoldaca gazeteci meslektaşlarım yeniden bu konuyu gündeme getirip tüm araçlarını açtığınızda Türkiye'ye meyllənən, orada birkaç arkadaş ya da tanıdık bulan, fakat bu dostluktan suiistimal eden gazetecilerin bu gibi hareketlerinden bahsettiler. Adını çekmek istemediğim gazeteciler bu konuda haklı olarak ittihamlandılar.

Törende de bunu gözlemlediğim anlar bu konuya değinmek kararına gelmemi neden oldu.
İtiraf edeyim ki, Türkiye-Azerbaycan ilişkilerinin güçlendirilmesi, kardeşliğimizin daha da güçlenmesi Azerbaycan'da kendilerini Türkçülük yolunda şehit olmaya hazır gibi gösteren, güya Turancılık ideolojilerini kalplerinde taşıyan, bu yolda mücadele eden birçok STK temsilcileri ve gazetecilerin işlerine yarayıp. Türkçülük, Turancılık ideolojileri adı altında Türkiye'de kendilerine kaynak bularak her hafta oraya yollanan meslektaşlarımın niyeti bir çoğumuza tam anlaşılır olsa da, bu yolun onlara uğur getirmeyeceği de onlara açıktır. Fakat bu yolu devam ediyorlar, kırılan nöqtəyədək ...
 
Hâlâ Türkçülük fikirleri uğruna savaşmak için Türkiye'nin Bakü Büyükelçiliği'ne nüfuz etmek, büyükelçiliğin düzenlediği tedbirlere yol bulmak, göze görünüp, tanıdık bulmak lazım gelir? Ve yahut da Türkiye'de herhangi STK, dernəklə ilişki kurmak, bu derneklerin hesabına ayda birkaç kez oraya yolculuk yapmak, herhangi küçük etkinliklere katılmak?

Öyle gazeteci tanıyorum ki, haritada Türkiye'nin nerede yerleştiğini bile bilmiyor. Ama Türkiye'nin Bakü Büyükelçiliği'nin düzenlediği tüm etkinliklere katılıyor. Yazılarında bir kez de olsun Türkçülük, Turancılık ideyalarına toxunmayıb, ama kendisini türkçü, Turancılık mücadelesinin fedaisi gibi gösterir. Türkiye'nin herhangi milletvekilinden, dernek rehberinden görüşmeler, açıqlamal almak türkçülük misyonunu yerine getirmek, bu alanda mücadele demek değildir.

Türkçülük, Turancılık sadece Türkiye ile ilişki kurmakla bitmiyor. Uzağa getmeyek BDT coğrafyasında bağımsız Türk cumhuriyetler mevcuttur. Azerbaycan'da parmakla sayılabilecek gazeteci ya da STK Başkanı yapılar ki, Türkmenistan, Özbekistan, Kazakistan gibi Türk cumhuriyetlerle işbirliği yapsın. Peki neden Türkiye'ye gitmek için deriden, kabuktan çıkan, çeşitli donlar giyinip kendilerini bu fikirlerin fedaileri sayanlar bu cumhuriyetlere gidiyor değil? Çünkü Türkiye'de var-gel yapmak çok kolaydır. Başka türk cumhuriyetleri onların ilgi dairelerinde değil. Türkçülüğü sadece Türkiye'nin şahsında görmek ise doğru değildir. Ben hala Rusya'nın türkköklü subyektlərini demiyorum.

Gerçekten Türkçü olmak kolay değildir önüne gelen Türkçü olamayacağı gibi, her Türkçüyüm diyen de Türkçü olamaz. Her Türkçü, bulunduğu yerin görevini inançla yaparsa, Türkçülük ülküsü sağlamlaşır, Türkçülük güçlenir. Türkçülerin ilk işi, görevlerini, arınmış gönül ve inanmış yürek ile yapmaktır.

Azerbaycan da türkçülüğün merkezlerinden biridir. Şimdiki azerbaycançılıq ideolagiyasını yaymak, Azerbaycan gerçeklerini dünya kamuoyuna duyurmak öyle türkçülüğe hizmet demektir. Türkiye'ye gitmeden burada yaysalar bile yeterlidir. Eğer Türkiye'deki kardeşlerimiz bizim acı ve acılarımıza ortak olursa ve bunu bizimle bölüşürlərsə, bu acılarımızı defalarca onlara ulaştırmak neye gerek? Azerbaycan'daki çoğu STK'lar Türkiye'de Ermeni işgalci politikasının ifşası ile ilgili tedbir düzenleniyordu. Tabii ki, buna az-çok malzeme harcanıyor. Yurda döndükten sonra kamuoyuna bu konuda rapor verirler, medyada ağızdolusu konuşuluyor ki, filan STK Türkiye'de herhangi kurumun desteği ya da katılımı ile büyük bir tedbir geçirip. Bana öyle geliyor ki, bu gibi tedbirlere para harcamaktansa Azerbaycan gerçeklerini kabul etmeyen, acımızı duymayan, halen Ermenilerin çıkarlarına hizmet eden pespublikalara nüfuz etmek gerekir. Aynı cumhuriyetlerin ictimaiyyətindəki düşünceleri Azerbaycan hakikatlerine yöneltmeliyik. Derdimize ortak olan, acımızı bizimle birlikte çeken kardeşimize defalarca acımızı anlatmağın ne anlamı var?

Uzağa gitmeyin, gidin Pribaltika cumhuriyetlerine, gidin Orta Asya ülkelerine, Rusya'ya, Avrupa devletlerine gidin, tədbirləriniz orada geçirin, o devletlerin toplumlarında Ermenilerin işğaıçılıq politikalarını ifşa edin. Türkiye kardeşimizdir diye her hafta oraya yolculuk etmenin anlamı yoxdur.Türkiyədə Azerbaycan gerçeklerini yaymak için herhangi toplantı yapmak zor iş değil. Bununla övünmek olmaz. Bu iradım maddi durumu iyi olan STK sedrlerine ve medya kapitanalarına daha çok geçerlidir. Sohbet kendi girişimleri ile para harcayıp Türkiye'ye sefer yapan, orada görüşlerde yer alan, tedbir geçiren çoğu hemkarlarımdan gidiyor.

Azerbaycan'da kendi çalışanlarına aylık maaş bile vermeyip, Türkiye'de böyle etkinliklerin organizasyonunda para harcayan adamlar tanıyorum. Böyleleri, hangi esasla türkçülükden konuşabilir, buna hakları yetiyor mu?
Bu yazımdan sonra bana çok tepkilerin olabileceğini bilsem de görüşlerimi yazdım. Ama ne yapayım ki, gerçeği yazıyorum.

----------------------------------------------------

Azərbaycanın Türkiyəşüvənləri

Türkiyənin bizə qardaş dövlət olduğu Azərbaycanda heç kimə sirr deyil. Bütün məsələlərdə Türkiyə, oradakı qardaşlarımız hər zaman yanımızdadır. Bunu zaman-zaman hiss etmişik. Amma Azərbaycandakı bəzi qüvvələr (bu sıraya QHT rəhbərləri, media mənsubları da daxildir) bu qardaşlıqdan öz şəxsi mənafeləri naminə sui-istifadə edirlər. Bu məni daim düşündürən mövzulardan biri olub. Çünki toxunduğum bu mövzuyla bağlı hadisələrin çoxu gözümün qabağında cərəyan edib.
Noyabrın 19-da Şimali Kipr Türk Respublikasının müstəqilliyinin növbəti ildönümü mərasiminə gedərkən elə yoldaca jurnalist həmkarlarım yenidən bu məsələni gündəmə gətirib bütün vasitələrini işə salaraq Türkiyəyə meyllənən, orada bir neçə dost və yaxud da tanış tapan, lakin bu dostluqdan sui-istifadə edən jurnalistlərin bu kimi hərəkətlərindən bəhs etdilər. Adını çəkmək istəmədiyim jurnalistlər bu məsələdə haqlı olaraq ittihamlandılar.

Mərasimdə də bunu müşahidə etdiyim anlar bu mövzuya toxunmaq qərarına gəlməyimə səbəb oldu.
Etiraf edim ki, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsi, qardaşlığımızın daha da güclənməsi Azərbaycanda özlərini türkçülük yolunda şəhid olmağa hazır kimi göstərən, guya turançılıq ideologiyalarını qəlblərində gəzdirən, bu yolda mübarizə aparan əksər QHT sədrləri və jurnalistlərin işlərinə yarayıb. Türkçülük, turançılıq ideologiyaları adı altında Türkiyədə özlərinə mənbə taparaq hər həftə ora yollanan həmkarlarımın niyyəti bir çoxumuza tam aydın olsa da, bu yolun onlara uğur gətirməyəcəyi də onlara aydındır. Lakin bu yolu davam edirlər, qırılan nöqtəyədək...

Məgər türkçülük ideyaları uğrunda mübarizə aparmaq üçün Türkiyənin Azərbaycandakı səfirliyinə nüfuz etmək, səfirliyin təşkil etdiyi tədbirlərə yol tapmaq, gözə görünüb, tanış tapmaq lazım gəlir? Və yaxud da Türkiyədə hansısa QHT, dərnəklə münasibətlər qurmaq, həmin dərnəklərin hesabına ayda bir neçə dəfə ora səfər etmək, hansısa kiçik tədbirlərdə iştirak etmək?

Elə jurnalist tanıyıram ki, xəritədə Türkiyənin harada yerləşdiyini belə bilmir. Amma Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi bütün tədbirlərdə iştirak edir. Yazılarında bir dəfə də olsun türkçülük, turançılıq ideyalarına toxunmayıb, amma özünü türkçü, turançılıq mücadiləsinin fədaisi kimi göstərir. Türkiyənin hansısa millət vəkilindən, dərnək rəhbərindən müsahibələr, açıqlamal almaq türkçülük missiyasını yerinə yetirmək, bu sahədə mübarizə aparmaq demək deyil.

Türkçülük, turançılıq təkcə Türkiyə ilə münasibətlər qurmaqla bitmir. Uzağa getməyək MDB məkanında müstəqil türk respublikalar mövcuddur. Azərbaycanda barmaqla sayıla biləcək jurnalist və yaxud da QHT sədri yapılar ki, Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi türk respublikalarla əməkdaşlıq etsin. Bəs nədən Türkiyəyə getmək üçün dəridən, qabıqdan çıxan, müxtəlif donlar geyinib özlərini bu ideyaların fədailəri hesab edənlər bu respublikalara üz tutmurlar? Çünki Türkiyədə var-gəl etmək çox asandır. Başqa türk respublikaları onların maraq dairələrində deyil. Türkçülüyü yalnız Türkiyənin timsalında görmək isə düzgün deyil. Mən hələ Rusiyanın türkköklü subyektlərini demirəm.

Gerçəkdən Türkçü olmaq asan deyil.Hər önünə gələn Türkçü ola bilməyəcəyi kimi, hər Türkçüyəm deyən də Türkçü ola bilməz. Hər Türkçü, olduğu yerin tapşırığını inamla görərsə,Türkçülük idealı sağlamlaşar,Türkçülük güclənər. Türkçülərin ilk işi, tapşırıqlarını, arınmış könül və inanmış ürəklə görməkdir.

Azərbaycan da türkçülüyün mərkəzlərindən biridir. İndiki azərbaycançılıq ideolagiyasını yaymaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq elə türkçülüyə xidmət deməkdir. Türkiyəyə getmədən burada yaysalar belə yetərlidir. Əgər Türkiyədəki qardaşlarımız bizim acı və ağrılarımıza şərik olursa və bunu bizimlə bölüşürlərsə, bu acılarımızı dəfələrlə onlara çatdırmaq nəyə gərəkdir? Azərbaycandakı əksər QHT-lər Türkiyədə erməni işğalçılıq siyasətinin ifşası ilə bağlı tədbir düzənləyirlər. Təbii ki, buna az-cox vəsait xərclənir. Vətənə qayıtdıqdan sonra ictimaiyyətə bu barədə hesabat verirlər, mediada ağızdolusu danışılır ki, filan QHT Türkiyədə hansısa təşkilatın dəstəyi və yaxud da iştirakı ilə böyük bir tədbir keçirib. Mənə elə gəlir ki, bu kimi tədbirlərə pul xərcləməkdənsə Azərbaycan həqiqətlərini qəbul etməyən, acımızı duymayan, hələ də ermənilərin maraqlarına xidmət edən pespublikalara nüfuz etmək lazımdır. Həmin respublikaların ictimaiyyətindəki düşüncələri Azərbaycan həqiqətlərinə yönəltməliyik. Dərdimizə şərik olan, acımızı bizimlə birlikdə çəkən qardaşımıza dəfələrlə acımızı anlatmağın nə mənası var?

Uzağa getməyin, gedin Pribaltika respublikalarına, gedin Orta Asiya ölkələrinə, Rusiyaya, Avropa dövlətlərinə gedin, tədbirləriniz orada keçirin, o dövlətlərin cəmiyyətlərində ermənilərin işğaıçılıq siyasətlərini ifşa edin. Türkiyə qardaşımızdır deyə hər həftə ora səfər etməyin mənası yoxdur.Türkiyədə Azərbaycan həqiqətlərini yaymaq üçün hansısa toplantı keçirmək də çətin iş deyil. Bununla öyünmək olmaz. Bu iradım maddi vəziyyəti yaxşı olan QHT sədrlərinə və media kapitanalarına daha çox aiddir. Söhbət öz təşəbbüsləri ilə pul xərcləyib Türkiyəyə səfər edən, orada görüşlərdə iştirak edən, tədbir keçirən əksər həmkarlarımdan gedir.

Azərbaycanda öz işçilərinə aylıq maaş belə verməyib, Türkiyədə belə tədbirlərin təşkilinə pul xərcləyən adamlar tanıyıram. Belələri, hansı əsasla türkçülükdən danışa bilər, buna haqları çatırmı?

Bu yazımdan sonra mənə çoxlu təpkilərin ola biləcəyini bilsəm də fikirlərimi qələmə aldım. Amma nə edim ki, həqiqəti yazıram.

YORUM EKLE